Barak Obama jurnalistlərlə zarafat edib

ABŞ prezidenti jurnalistlərlə görüşməyin Corc Buşdan miras qalan bir problem olduğunu bildirib

ABŞ prezidenti Barak Obama Ağ ev jurnalistlərinin illik axşam yeməyində jurnalistlərlə xeyli zarafat edib. Yeməkdə jurnalistlərlə bərabər çox sayda tanınmış Hollivud ulduzları da iştirak edib. O, prezident seçiləndən bəri keçən 100 günə gördüyü işləri, növbəti dəfə 72 günə sığdıra biləcəyini bildirib. Obama jurnalistlərlə görüşməyin Corc Buşdan miras qalan bir problem olduğunu bildirib. O azad mətbuat olmadığı yerdə demokratiyanın da ola bilməyəcəyini bildirib. "Hər zaman sizin yazdıqlarınızdan məmnun qalmıram. Amma məni daha doğru olan şeyləri etməyə təşviq etdiyiniz üçün sizə minnətdaram".
ABŞ prezidenti şam yeməyi çıxışında özü və ailəsi barədə də zarafatlar etməyi unutmayıb. O, jurnalistlərdən həyat yoldaşının necə birinci xanım olduğu barədə soruşub.

Zarafatların sonunda isə prezident ciddi məsələlərə də qayıdıb. O, maliyyə böhranı və bu böhran nəticəsində öz iş yerlərini itirən jurnalistlər barədə danışıb. Obama jurnalistlərə hər şeyin qaydasına düşəcəyi barədə söz verərək, zamin kimi Amerika demokratiyasını göstərib.

Vaşinqtonda Hilton otelində baş tutan şam yeməyində həmçinin jurnalistlərlə yanaşı çox sayda Hollivud ulduzları da iştirak edib. Onlar arasında Demi Mur, Stiven Spilberq, Con Bon Covi, Eşton Kutcher, Yeva Lanqoriya, Donatello Versace, Tayra Benks, Corc Lukas kimi məşhurlar da olub. /ANS PRESS/


В этом разделе