Bunu Birləşmiş Ştatların Türkiyədəki səfiri Frensis Rikardone deyib
İkinci müddətə ABŞ prezidenti seçilən Barak Obama ilk səfərini Türkiyəyə edəcək. ANS PRESS-in “Todays Zaman”a istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ştatların Türkiyədəki səfiri Frensis Rikardone deyib.
Səfir bildirib ki, Türkiyə Barak Obamanın seçkilərdən sonra səfər edəcəyi ilk ölkə olacaq.
Qeyd edək ki, ABŞ-da keçirilən seçkilərdə Barak Obama ikinci dəfə dövlət başçısı seçilib. Respublikaçı rəqibi Mitt Romni məğlubiyyətini etiraf edib və Barak Obamaya təbrik ünvanlayıb.