Azərbaycan və Gürcüstan prezidentləri ikitərəfli görüş keçirəcəklər

Görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammiti çərçivəsində baş tutacaq

Azərbaycan prezidenti Ilham Əliyevin İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammiti çərçivəsində Gürcüstan dövlət başçısı Mixail Saakaşvili ilə ikitərəfli görüşü keçiriləcək. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Mixail Saakaşvili həmçinin Türkiyə prezidenti Abdullah Gül, eləcə də Moldova prezideni Nikolay Timofti ilə də görüşəcək.

Qeyd edək ki, sabah İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammitinə Azərbaycan, Gürcüstan, Rumıniya, Moldova və Serbiya prezidentləri də qatılacaq.

В этом разделе