Prezidentlərin görüşü ABŞ-ın Moldovadakı səfirliyində baş tutacaq
Prezidentlərin görüşü ABŞ-ın Moldovadakı səfirliyində baş tutacaq
Bu gün Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 18.00da ABŞ-ın Moldovadakı səfirliyində baş tutacaq. Müzakirələrin 2 saat çəkəcəyi güman edilir.
Prezidentlər İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə iyulun 17-də Rusiya paytaxtı Moskvada görüşüblər. Həmin görüşdə iştirak edən xarici işlər nazirlərinə tapşırılıb ki, beynəlxalq vasitəçilərlə birlikdə dövlət başçılarının payızdakı mümkün görüşünə hazırlıq görsünlər. Bu görüş Əliyev və Sarkisyanın 6 iyun 2008-ci ildə Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində başlayan danışıqlarının altıncı mərhələsi olub.
Kişinyovda iki ölkə prezidentlərinin təkbətək görüşü ilə yanaşı Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün baş tutacağı da gözlənilir. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bidirib ki, Kreml prezidentlərin Kişinyov görüşündən heç bir irəliləyiş gözləmir: “Bu, sadəcə olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində növbəti addım olacaq”.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa,',0), Robert Bradtke (ABŞ) və Yuri Merzlyakov (Rusiya) oktyabrın 1-dən 6-dək İrəvan, Xankəndi və Bakıya səfər ediblər. Onlar Ermənistan və Azərbaycan rəsmiləri, o cümlədən, Dağlıq Qarabağ separatçılarının liderləri ilə görüşüblər.
/ANSPress/
/AzeriMuslims/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014