
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanında baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndiyini bildirib.
"Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, Səudiyyə Ərəbistanının bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - deyə başsağlığında bildirilir. /trend/