Azərbaycan Prezidenti İlham Əliyev İran prezidentinə 18 oktyabrda İranda baş verən terror aktı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İrandakı terror aktı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İran prezidentinə 18 oktyabrda İranda baş verən terror aktı ilə bağlı başsağlığı verib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq.
Biz bu hadisədən son dərəcə hiddətlənir, bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm," - Prezident başsağlığında bildirib. /trend/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014