Ayətullah Xomeyninin adı rekordlar kitabına düşdü

Onun dəfn mərasimində 10 milyondan çox adam iştirak edib

İran İslam İnqilabının banisi mərhum Ayətullah Xomeyni "Guiness 2012" rekordlar kitabına düşüb. 313news.net-in ISNA-ya istinadlı məlumatına görə, mərhum inqilab liderinin dəfn mərasimi ən çox insan olan mərasim kimi qeyd olunub.

Ayətullah Xomeyninin dəfn mərasimində 10 milyon 200 min nəfər nəfər iştirak edib ki, bu da 1989-cu ildə İran əhalisinin 1/6-ni təşkil edirdi.

Qeyd edək ki, Ruhullah Xomeyninin adı iki dəfə rekordlara düşüb. Belə ki, onun 1979-cu ildə İrana qayıdış mərasimində iştirak edənlərin sayı rekord kimi dəfn mərasimindən sonra gəlir.

 

В этом разделе