"Ayətullah Xamenei əhli-sünnənin də qürurudur"

Bunu səudiyyəli cümə xətibi Şeyx Məhəmməd Səffar deyib

Məlumatı "Fars" xəbər agentliyi yayıb. Ayətullah Xameneinin Peyğəmbərin (s) xanımları ilə bağlı fətvasını dəyərləndirən Şeyx Məhəmməd Səffah bu mükəmməl fətvanın şiə məzhəbinin sağlam köklərdən gəldiyinə sübut kimi qiymətləndirib.

Səudiyyəli şeyx Seyyid Əli Xameneinin dövrün ən əmin fəqihlərindən və Əhli-beyt məktəbinin qoruyucularından olduğunu bildirib. O deyib ki, Ayətullah Xamenei əsla siyasəti dindən üstün tutmur; Əhli-sünnə alimləri də onun fətvasından məmnundurlar və İslam həmrəyliyinə bu qədər önəm verən şəxs təkcə şiələrin deyil, həm də sünnilərin fəxridir.

В этом разделе