Ərəbistanda yaşayan Şiələr nəşr etdikləri müxtəlif məlumatlarda Şiə dünyasının uca təqlid mərcilərindən Ayətullah Behcətin ölümündən ötəri duyduqları üzüntü və kədəri bildirdilər.
İran Quran Xəbər Agentliyinin Həcc xəbər saytından əldə etdiyi məlumata görə Ərəbistan Şiələrinin öndə gələn şəxsiyyətlərindən Şeyx Həsən Saffar nəşr etdiyi rəsmi məlumatda Ayətullah Behcətin ölümündən ötəri təqlid mərciləri, alimlər, mərhumun uşaqları, Qum və Nəcəf elm hövzələri və bütün möminlərə baş sağlığı dilədi.
Ərəbistanın Katif şəhəri Şiə alimlərindən olan Hüccetül İslam Abdullah Əhməd Yusufun ofisi tərəfindən nəşr olunan məlumatda da bu böyük müsibətdən ötəri İmam Mehdi -Əccəlallahu Təala Fərəcəh-,təqlid mərciləri, alimləri, mərhumun ailəsi və mərhumun müqəllidləri və möminlərə baş sağlığı diləndi.
Bu hadisədən ötəri Katif şəhəri Əhli Beyt Heyəti Ayətullah Behcətin ölümü münasibətiylə bir başsağlığı mərasimi təşkil etdi. Ayrıca Katif Darul Elm hövzəsi də bu böyük təqlid mərcininin vəfatından ötəri nəşr etdiyi məlumatda bütün Şiələrə baş sağlığı dilədi.
Ərəbistanlı digər tanınmış şəxsiyyətlər və dini və ictimai mərkəzlər nəşr etdikləri məlumatlarda bu müsibətdən ötəri duyduqları başsağlığı diləklərini söylədilər.
313NEWS.NET