Avropanın təkcə 8 ölkəsində 10 000 məscid var

İslam dininin dünyanın hər yerində olduğu kimi, Avropada da sürətlə yayılması burada məscidlərin çoxalmasına gətirib çıxarır

Statistika isə insanı heyrətləndirir. Avropa ölkələrində olan məscidlərin sayına baxdıqda böyük rəqəmlərlə qarşılaşırıq. 

 

Məscidlərin sayına görə Almaniya, Fransa, Bosniya-Herseqovina və B. Britaniya digərlərini xeyli qabaqlayır. Belə ki, hazırda Almaniyada 2 600, Fransada 2 100, Bosniya-Herseqovinada 1 870, B. Britaniyada isə 1 500 məscid var. Hesabat "NEF" mərkəzi tərəfindən hazırlanıb. Ümumilikdə götürdükdə, Avropanın cəmi 8 ölkəsində (Almaniya, Fransa, Bosniya-Herseqovina, B. Britaniya, İtaliya, İspaniya, Niderland və Avstriya) məscidlərin sayı 10 mindən çoxdur. Bu həqiqətən də çox böyük göstəricidir. 

 

Avropa ölkələrində məscidlərin sayı:

1. Almaniya - 2 600

2. Fransa - 2 100

3. Bosniya-Herseqovina - 1 867

4. B. Britaniya - 1 500

5. İtaliya - 764

6. İspaniya - 668

7. Niderland - 432

8. Yunanıstan - 400

9. Belçika - 330

10. Avstriya - 200

11. Norveç - 120

12. Danimarka - 115

13. İsveçrə - 100

14. İsveç - 50

15. Finlandiya - 40

16. Portuqaliya - 33

 

Britaniyanın bir neçə şəhərinə nəzər yetirdikdə görürük ki, Londonda 250-300, Birmingemdə 110, Mançesterdə 36, Bredfordda 50, Leçesterdə 20 məscid var. Ümumilikdə Britaniyada ən çox məscid olan 20 şəhər bunlardır:

 

B. Britaniyada məscidlər, şəhərlər üzrə:

1. London 250-300

2. Birmingem - 110

2. Bredford - 50

3. Mançester - 36

4. Qlazqo - 21

5. Blekbörn - 20

6. Leçester - 20

7. Şeffild - 20

8. Dyusburi - 15

9. Oldham - 14

10. Preston - 13

11. Lids - 12

12. Kardif - 12

13. Huddersfild - 11

14. Roşdeyl - 11

15. Luton - 11

16. Notingem - 10

17. Bolton - 9 

18. Nyukasl - 8

19. Derbi - 7

20. Kiqli - 7

 

Rza KAMİL

/Deyerler.org

В этом разделе