
İsrailin Qüdsü tamamilə ələ keçirmək cəhdlərinə qarşı çıxan Avropa Birliyi Şərqi Qüdsün gələcəkdə Fələstin dövlətinin paytaxtı olmasını istəyir. Nazirlər Şərqi Qüds ətrafında gedən proseslərdən narahat olduqlarını, hər iki tərəfi hərc-mərcliyə səbəb olacaq davranışlardan uzaq durmağa dəvət ediblər.
“Əgər səmimi sülh danışıqları baş tutuarsa, Qüdsün hər iki dövlətin paytaxtı olması barədə müzakirələr aparıla bilər” – bu barədə Xarici İşlər nazirlərinin gəldikləri nəticələrin dərc olunmuş mətnində deyilir.
Habelə, nazirlər İsrail hökumətini Şərqi Qüdsdəki fələstinlilərə qarşı zorakılıqdan əl çəkməyə çağırıblar.
/dunyabulteni/
/AzeriMuslims/