Brüssel Myanmaya qarşı tətbiq edilən cəzaları aradan qaldıracaq, AB bazarlarına çıxış imkanları yaradacaq.
313news.net-in Türkiyənin TRT kanalına istinadən verdiyi məlumata görə, 1997-ci ildən bəri ticarət sahəsində Myanmaya qarşı cəza tətbiq edən Avropa Birliyi bu ölkə ilə münasibətləri normallaşdırmağa hazırlaşır.
Müsəlman azlıqlara qarşı törədilən qətliamın dünyanın gözü önündə baş verməsiə baxmayaraq, dünya liderləri bu hadisələrə lazımi reaksiya göstərmirlər. Hətta Myanmaya qarşı sərt mövqe nümayiş etdirməsi gözlənilən Qərb bunun əksinə olaraq qəddar hökumətə qucaq açır.
Avropa Komissiyasının hazırladığı təklifə görə, Myanma dövlətinə "Avropa Birliyi bazarlarına güzəştli çıxış" qapısı açılacaq. Əgər təklif qəbul olunsa, bu ölkəyə Avropa Birliyinin "Silahdan başqa hər şey" ticarət rejimi tətbiq edilməklə, 27 Avropa Birliyi ölkəsinə rüsum və kvotalardan azad olması təmin ediləcək.
Təklifin qəbulu üçün 27 Birlik üzvündən də müsbət cavab alması və Avropa Parlamentindən keçməsi lazımdır.