Doktor Əli Laricani, ali məqamlı müctəhidlərin atom silahlarını haram buyurduğu barədə fitvanı bəyan edərək, demişdir: “Bu məsələ gərək sənəd halında dünyanın ixtiyarına verilsin”.
Doktor Əli Laricani Qum elmi hövzəsinin beynəlxalq mövqeyinin inkişaf etdirilməsinin zəruriliyinə işarə edərək, elmi hövzənin müstəqil bir dini mərkəz kimi mühüm mövqeyə malik ola bilməsini vurğulamışdır.
Davamında deyilmişdir ki, dünyada bəzi qədimi və dini mərkəzlər vardır ki, ifratçı fəaliyyət göstərmirlər və onlarla rabitədə olmaq mühümdür. Elmi hövzə bir müstəqil dini mərkəz kimi mühüm mövqeyə malik ola bilər. Başqa ölkələrdə dini müzakirələr kimi keçirilən simpoziumlara elə insanlar getməlidir ki, bəsirət gözləri açıq olsun. Xarici ölkələrdə olan elmi, dini və tədqiqi mərkəzlərlə Qumun rabitəsi nizama salınmalıdır”.
Deyerler.org