Ankara – Yerevan protokolu imzalandı

Ankara - Yerevan protokolu İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Ahmet Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb. Ankara – Yerevan protokolu imzalandı

Ankara - Yerevan protokolu İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Ahmet Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.Bu haqda Türkiyənin CNN TÜRK telekanalı məlumat verib.

Trend News-un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Oktyabrın 10 - da Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan ölkə mətbuatına verdiyi açıqlamada ölkəsinin Azərbaycanın maraqlarına heç vaxt zidd addım atmayacağını bildirib.

Protokolun bu gün Bakı saatı ilə 20.00 da imzalanması ehtimal edilsə də , protkolun izmalanması Ermənistanın Türkiyə XİN başçısının Dağlıq Qarabağla söyləyəcəyi nitq üzərə etiraz etmişdi. ABŞ dövlət katibi Hillari Kliton və Ermənistan XİN rəhbəri ilə görüşməsindən sonra tərəflər protokolu imzalamaq üçün mərasimə qatıldılar. Protokolun imzalanmasından sonra Türkiyə və Ermənistan tərəfi imzalanan protokolla bağlı nitq söyləməyiblər.


В этом разделе