Hava hücumu Yəməndə həyata keçirilib
ANSPRESS-in verdiyi xəbərə görə, Yəmən ordusu ölkənin Şabva şəhərindəki terror təşkilatı "Əl-Qaidə" üzvlərinə qarşı hava hücumuna başlayıb. Nəticədə 30 terrorçunun öldürüldüyü bildirilib.
Adı gizli saxlanılan Yəmən rəsmisinin yaydığı məlumatda bildirilir ki, "Əl-Qaidə" Yəmənə və xarici ölkələrə aid neft sahələrinə hücum etməyi planlaşdırırmış.
Hücum zamanı Ərəbistan yarımadasındakı iki ən nüfuzlu "Əl-Qaidə" üzvünün iştirakı ilə yığıncaq keçirilirmiş.