'İsrail, Qəzzənin yenidən inşasına mane olur'

Beynəlxalq Kızılhaç Komitəsi, İsrailin tətbiq etdiyi mühasirə üzündən Qəzzənin təkrar inşasına maneə olunduğunu açıqladı. 


Komitə, sərhəd idarələri səbəbiylə abadlıq, tibbi və digər vəsaitlərin bölgəyə çatmasının məhdudlaşdırıldığını ifadə etdi. Komitə, Fəth ilə Həmas arasındakı anlaşılmazlığın da suyun bölgəyə çatması və kanalizasiya problemlərinə səbəb olduğunu bildirdi. Komitə, uşaqların da "dərin psixoloji problemlər" yaşadığına diqqət çəkərək ciddi şəkildə xəstə olanların da lazımlı müalicəni görə bilmədiyini qeyd etdi. 

Beynəlxalq Kızılhaç Təşkilatı, Qəzzə Şeridində olan təxminən 1.5 milyon insanın kasıblıq sərhədinin altında yaşadığını və döyüş sonrası həyatlarını yenidən tikəcək bir iqtisadi gücə sahib olmadıqlarını açıqladı.

 

В этом разделе