ABŞ-da protestant rahiblər arasında keçirilən rəy sorğusu belə deməyə əsas verir
Ölkənin “Liv Vey Risöç” Araşdırma Mərkəzi təfəfindən keçirilən rəy sorğusu protestant rahiblərin İslamla bağlı narahat mövqeyini ortaya çıxarıb. Belə ki, sorğuda iştirak edən 1000 rahibdən 450-si İslamın yayılaraq bir təhlükə mənbəyinə çeviriləcəyi haqda danışıblar. Rahiblərin 20%-i isə İslam haqda verilən sualları tam olaraq cavablandırmayıb. Sözügedən mərkəzin müdiri Ed Stizir rahiblərin İslamı təhlükəli din hesab etmələrinin bəzi səbəblərlə bağlı olduğunu deyib. ABŞ-da İslam nativ-rəqib din halına gəldiyi üçün rahiblər onu təhlükə mənbəyi hesab edirlər. Məncə, burada qəribə bir şey yoxdur”, - Ed Stizir bildirib.
“Mənə elə gəlir ki, ABŞ-dakı protestan rahiblər “İslam təhlükəli dindir” ifadəsini istifadə etməyi xoşlayırlar. Onların bu dinə təhlükə mənbəyi kimi baxmalarının səbəbi isə İslamın Qərbdə digər dinlərə nisbətən daha sürətli yayılmasıdır. Unutmamalıyıq ki, Avropaya gələn müsəlmanlar öz adət-ənənələrini də özləri ilə bərabər gətirilər. Məhz bu adətlər Qərbdəki insanları məftun edir və İslam dinini qəbul etmələrinə zəmin yaradır” - Mərkəzin müdir yardımçısı Scot Makkonnel isə bu fikirdədir.
/timeturk/
/AzeriMuslims/