Amerikadakı kilsə məscidə çevrildi

Bir qrup Amerika müsəlman gənci Amerikanın Buffalu şəhərində “Sülh məleykəsi” katolik kilsəsini satın alıb, onun adını dəyişərək, Came məscidi qoydular.


Bu müsəlman cavanlar istəyirlər ki, keçmiş “Sülh məleykəsi” kilsəsində olan monastr, keşiş otağı və ibadətgahın əsl salonunu məscidə, mədrəsəyə və mədəniyyət məkəzinə çevirsinlər.

Bufalu müsəlman cavanlarının rəhbəri və məntəqədəki müsəlman ailələlərin təşviqatçısı doktor Hatəm Həmd bu kilsənin satın alınması haqda deyir ki, kilsənin məscidə çevrilməsi işlərini şəhər bələdiyyəsinin mühəndisləri və memarları həyata keçirəcəklər. Bu məsələ onu sübut edir ki, Nyu-Yorkda müsəlmanların sayı artmaqdadır. Təkcə bu əyalətin qərbində 10 məscid tikiblər.

Came məscidinin müdirlərinin Bufalu və Nyu-Yorkun qərbində olan cəvanlar və uşaqlar üçün çoxlu proqramları vardır. Buffalu Tibb institutunun stomatologiya fakultəsinin müəllimi və diş həkimi olan doktor Həmd deyir ki, bizim cavanlar məscidin inşası üçün gözəl plan hazırlayıblar. Amma mən təkcə onu istəyirdim ki, Bufalu müsəlman cəmiyyətinin bir yerə yığışması üçün bir yer olsun. ("Dəyərlər" AİN)


В этом разделе