Merkel yaşayış məskənləri ilə bağlı məsələdə eyni fikirdə olmadıqlarını söyləyib
Milli.Az TRT-yə istinadən bildirir ki, İsrailin baş naziri Bünyamin Netanyahu Berlindən məyusluqla qayıdıb.
Netanyahu İsrailin Avropadakı ən böyük dəstəkçilərindən olan Almaniyadan yeni yaşayış məskənləri ilə bağlı lazımi dəstəyi ala bilməyib.
Almaniyanın baş naziri Angela Merkel Netanyahu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında İsrailə dəstək verməyib.
Netanyahu İsrailin 45 ildir eyni siyasəti həyata keçirdiyini bildirərək yaşayış məskənləri ilə bağlı məsələnin Fələstinlə yekun müzakirələrdə həll oluna biləcəyini söyləyib. Merkel isə "Yayayış məskənləri ilə bağlı məsələdə eyni fikirdə deyilik" deyə mövqeyini bildirib.