Almaniyalı xristian demokrat siyasətçi İslam maliyyə sisteminin tətbiqinin tərəfdarıdır

Almaniya Xristian Demokrat Partiyasının (AXDP) üzvü Reynhard Löffler İslam maliyyəsi sistemindən öyrənməli çox şeyin olduğunu deyib.

R.Löffler “evangelisch.de” internet saytına müsahibəsində kapitalizm sistemini tənqid edərək, İslamın maliyyə sistemindən bir çox xüsusun əxz olunmasının gərəkdiyini bildirib. İslam iqtisadi sisteminin faizi qəti qadağan etməsinin hələ də davam edən qlobal iqtisadi böhrandan heç bir şəkildə mənfi yöndən təsirlənməməsində mühüm rol oynadığını bildirən Löffler qərb iqtisadiyyatının da vaxt itirmədən bu istiqamətdə dəyişikliklər həyata keçirməsinin vacibliyini qeyd edib.

Almaniyada dörd milyon müsəlmanın yaşağıdını bilirən Löffler bir çox şirkətin müsəlmanlarla ticarət əlaqələri qurduğunu və islam bankçılığının perspektivli sahələrdən olduğunu bildirib.

XX əsrin əvvələrinə qədər Protestant və Katolik kilsələrinin də qədər faizlə pul qazanmağı qadağan etdiyini xatırladan Löffler hazırda bundan əsər-əlamət qalmadığını, bununla belə sekulyar sistemdə əxlaqi formanın məhv edilməməsi gərəkdiyini deyib.

/dunyabulteni/

/AzeriMuslims/

В этом разделе