İstanbul. Mayis Əlizadə-APA. İqtidardakı Ədalət və Kalkınma Partiyasının (AKP) qurucu üzvü, İstanbul millət vəkili Alaattin Büyükkaya Türkiyə-Ermənistan danışıqlarında Dağlıq Qarabağ məsələsinin arxa plana atıldığı,hətta gündəlikdən çıxarıldığına dair xəbərləri qətiyyətlə təkzib edir.
O, APA-nın Türkiyə bürosuna eksklüziv açıqlamasında azərbaycanlıları bu məsələdən narahat olmamağa çağırıb: “Azərbaycanlı qardaşlarımızın son dərəcə rahat olmaları lazımdır. Bizim hökumətimiz də daxil olmaqla heç bir türk hökuməti Azərbaycanı arxa plana ataraq xarici siyasətini müəyyənləşdirə bilməz. Bu, bizim dövlət siyasətimizdir, hökumətimizlə əlaqədar deyil. Biz Azərbaycanın mənafeyini arxa plana ataraq, həm siyasət formalaşdıra bilmərik, həm də bunu etmərik. Türkiyə bu məsələdə açıq və dəqiq mövqe nümayiş etdirdi. Görürsünüz ki, Türkiyə bölgədə fəal siyasət yürütməyə başlayan kimi Ermənistan istər-istəməz öz ayağı ilə bizə yaxınlaşmaq məcburiyyətində qaldı. Bu tablo Azərbaycanın probleminin həllində də böyük məsafə qət edilməsinə səbəb oldu. Bu gün bəzi şeyləri deyə bilmirəm,ilin axırına doğru oradakı prosesləri görəcəyik. Biz həm işğal altındakı torpaqların azad edilməsini, həm də başqa məsələlərin həll edildiyini birlikdə görəcəyik. Ona görə azərbaycanlı qardaşlarımız Türkiyənin siyasətindən ən xırda tərəddüdə qapılmamalı və bilməlidirlər ki, atdığımız hər addımda Azərbaycanın lehinə bir şey var. Şayiələrə qətiyyən qulaq asılmamalıdır. Bu bölgədə çox müxtəlif oyunlar oynanır. Türkiyə addım-addım məsafə qət etməyə davam edir. Azərbaycanlı qardaşlarımızın hüququnu bərpa edəcək olan çox mühüm proseslər baş verir. Bunlar açıqlanandan sonra hər kəs proseslərin necə cərəyan etdiyini anlayacaq.Ona görə də indidən danışmamaq lazımdır.Vaxtı gələndə hər şeyi böyük sevnclə danışacağıq”.
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014