Ağ evin qarşısında "Qurani Kərim" çırdılar

Bir qrup mühafizəkar amerikalı 11 sentyabr haisələrinin ildönümü münasibəti ilə aksiya keçirib

Ötən gün 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr terror hadisələrinin növbəti ildönümü qeyd edilib. ANS-in xəbərinə görə, dünya floridalı rahib Terri Consun anma mərasimində Qurami Kərimi yandırmaq planından daşınması ilə rahat nəfəs alsa da, bu uzun çəkməyib. Belə ki, Nyu-Yorkda buna bənzər başqa aksiyalar keçirilib. Paytaxt Vaşinqtonda İslam dininə qarşı etiraz aksiyası keçirən bir qrup mühafizəkar xristian Ağ evin qarşısına toplaşaraq Quranı çırıb. Qatı mühafizəkarlardan biri "İslam sülh dinidir, axmaqlıqları bitirməlidir" dedikdən sonra, digər aksiya iştirakçısı müqəddəs kitabın bir necə səhifəsini çıraraq plastik torbaya qoyub. Kitabın çırılan vərəqlərini yandırmamasını isə Ağ evin qarşısında nə isə yandırmağın ağır cinayət hesab edilməsi ilə bağlayıb. 
Bir necə polis aksiyanı izləsədə heç bir müdaxilə etməyib.

Tennesi ştatında isə Bob Old adlı rahib köməkçisi ilə birlikdə Qurani Kərimi yandırıb.

Qeyd edək ki, 11 sentyabr hadisələrinin ildönümündə Quranı yandırmaq planını floridalı rahib Terri Cons açıqlamışdı. Lakin terror hadisələrinin ildönümünə bir necə gün qalmış ciddi tənqidlərlə qarşılaşan rahib bu planından dönüb. Aksiyasından imtina edən rahib Amerikanın "NBC" telekanalına açıqlamasında “Tanrının bizə dayan dediyini hiss edirəm. Biz nə bu gün, nədə bundan sonra Quranı yandırmayacağıq", deyə bildirmişdi.

В этом разделе