Abşeronda vəhhabi olduğu bildirilən 10 nəfər saxlanılıb

Polis xüsusi əməliyyat keçirib

Abşeron rayonunda xüsusi əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Xırdalan şəhərində həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi dini təriqətinə mənsub olduğu bildirilən 10 nəfər saxlanılıb.

“Nərimanov rayon dindarları” Dini İcmasının üzvü olan şəxslər Xırdalanda keçirilən toy mərasimində həbs olunublar. Abşeron rayon Məhkəməsinə aparılan dindarlardan 6-sı məhkəmənin qərarı 10 gün, 4-ü isə 7 gün müddətinə həbs cəzasına məhkum edilib.

Abşeron rayon Polis Şöbəsi və rayon Məhkəməsindən APA-ya faktı təsdiqləyiblər. Rayon Polis Şöbəsindən bildirilib ki, saxlanılanlar polisə müqavimət göstərdikləri üçün həbs olunublar.

Tutulanların adları hələlik açıqlanmır.

LENT.AZ

В этом разделе