313news.net-in trtazerbaycan-a istinadən verdiyi məlumata görə, "Wall Street Journal" qəzetinin Türkiyəyə məxsus təyyarənin Suriya hava sahəsində vurulduğuna dair iddiasına ABŞ və NATO-dan da reaksiya gəlib.
ABŞ Dövlət Departamentinin sözçüsü Niktoriya Nuland gündəlik mətbuat konfransında "Wall Street Journal"qəzetində çıxan və Türkiyənin sərt reaksiyasına səbəb olan iddiaya münasibət bildirib.
Nuland ABŞ səfirinin bu haqda danışdıqlarına hər hansı əlavəsinin olmadığını deyib: "Amma müttəfiqimiz Türkiyəyə verdiyimiz güclü dəstəyi bilirsiniz. Bu hadisəni şiddətlə qınayırıq".
NATO-nun baş katibi Anders Foq Rasmussen isə "Anonim mənbələrə istinad edən xəbərlərə etibar etməməliyik"deyib. Rasmussen Türkiyə təyyarəsinin vurulmasından sonra Ankaranın sərhəddə atdığı addımları və gördüyü tədbirlər bu ölkənin öz vətəndaşlarını və torpaqlarını qoruması baxımından normal saydığını bildirib.