İsrail və ABŞ yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulmuş "Sərt çağırış-12" adlı raket əleyhinə birgə təlimləri təxirə salıblar
Milli.Az Reuters-ə istinadən bildirir ki, ABŞ-ın Avropa Komandanlığı "bütün hərbi birləşmələrin birgə fəaliyyəti ilə bağlı ən yaxşı variant bu il bir qədər gec əldə oluna bilər".
Lakin ekspertlərin fikrincə, təlimlərin təxirə salınmasının başlıca səbəbi ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücum edəcəkləri ilə bağlı dünya mediasında yer alan xəbərlərdən sonra Vaşinqtonla Təl-Əvivin təlimlər keçirərək bölgədəki vəziyyəti daha da gərginləşdirmək istəməməsidir.
İsrailin Müdafiə Nazirliyi bir qədər əvvəl bəyan etmişdi ki, raket əleyhinə birgə təlimlər İsrail ərazilərinin İran və ya yəhudilərə düşmən olan başqa bölgə dövlətlərinin raket hücumlarının qarşısının alınmasında birgə fəaliyyət səviyyəsinin artırılması ilə bağlıdır.
"Sərt çağırış" təlimlərini ABŞ indiyədək Almaniyada keçirirdi.