4 pakistanlı həlak olub.
Amerika Birləşmiş Ştatlarına məxsus olan kəşfiyyat təyyarələrinin Pakistan ərazisini bombalaması nəticəsində 4 nəfər ölüb. Təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, Şimali Vəziristan əyalətində həyata keçirilən əməliyyat zamanı 5 nəfər yaralanıb.
ABŞ-ın 2008-ci ildən etibarən bu ərazidə həyata keçirdiyi təqribən 100-ə yaxın əməliyyatda 830-dan çox adamın öldürüldüyü bildirilir.
(ANS)