"Ən azı 27 nəfər Nyutaun şəhərində orta məktəbə silahlı basqın zamanı öldürülüb"
“Reuters” agentliyinin xəbərində deyilir ki, uşaqlar da daxil olmaqla ən azı 27 nəfər Nyutaun şəhərində orta məktəbə silahlı basqın zamanı öldürülüb. Agentlik bildirir ki, “CBS News” adının çəkilməsini istəməyəm mənbəyə istinadən belə xəbər yayıb.
Hələ ki, məktəbdə atəş açanın bir nəfər olduğu söylənilir. Məktəbi gülləbaran edən şəxsin uşağı da həmin tədris ocağında oxuyurmuş. Həmin uşaq da ölənlər arasındadır. CNN tele-kanalı bildirib ki, məktəbin direktoru və psixoloqu da öldürülüb.
Hadisəni törədənlərin iki nəfər olduğu bəzi şahidlər tərəfindən söylənilir. Hadisə zamanı 5-10 yaşlı uşaqların girov saxlanıldığı da bildirilir.
Uşaqların valideynlərindən biri Brenda Lebinski “Reuters”ədeyib ki, bu dəhşət doğuran bir hadisədir. Hər kəs panika içində idi, valideynlər də, uşaqlar da. Məktəbdən çıxan uşaqların arasında yarasından qan süzülənlər dəvardı. Mən bilmirəm ki, onlar güllə yarası almışdı, ya yox, amma onlar qan içində idi.
Hadisə ABŞ mediasının diqqətindədir və hadisə yerindən canlı reportajlar yayımlanır.