İngiltərə, Fransa, Portuqaliya və Almaniyanın, Suriyaya BMT Təhlükəsizlik Şurasının sanksiyalarıyla əlaqədar qərar qanunu hazırlamağa başlayacaqları bildirildi.
İngiltərənin BMT-dəki Daimi Nümayəndə Köməkçisi Philip Parham, jurnalistlərə verdiyi müsahibədə, ''Şuranın yeni addımlar atması üçün zamanın gəldiyinə inanırıq'' dedi.
Alman, Fransız və Portuqaliya nümayəndələri də, bağlı qapılar ardında edilən şura yığıncağından sonra Parhamın şərhini təsdiq etdilər.
ABŞ-ın Daimi Nümayəndə Köməkçisi Rosemary DiCarlo da, Vaşinqtonun, Təhlükəsizlik Şurasının Suriyaya qarşı ''əlavə tədbirlər'' görməsini dəstəklədiyini ifadə etdi.
Bu vaxt, Suriyanın BMT Səfiri Bəşşar Cəfəri, ABŞın bəzi BMT Təhlükəsizlik Şurası üzvləriylə birlikdə Suriyaya qarşı ''diplomatik savaş” etdiyini söylədi.