ABŞ Senatı Türkiyədə dini dözümsüzlük haqqında qətnamə qəbul edib
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qətnamənin təşəbbüskarları kimi ermənipərəst senatorlar Skott Braun, Mark Kirk və Dayan Feynşteyn çıxış ediblər. Qətnaməyə görə, rəsmi Vaşinqton Ankaradan əqidə azadlığına hörmət göstərilməsini və dini dözümsüzlüyə yol verilməməsini tələb edib.
Qətnamə Türkiyəni kilsələr və digər dini tikililər, monastrlar, məktəblər, xəstəxanalar, abidələr, müqəddəs yerlər, həmçinin daşınan əmlak, məsələn, incəsənət əsərləri, əlyazmalar, kilsə əşyaları və s. daxil olmaqla, xristian kilsələrinin mübahisə obyekti olan əmlakını qaytarmağa çağırır.
Erməniyönümlü senatorlar həmçinin Türkiyəni dini təhsil, yığıncaqlar və varislik, sosial xidmətlərin, kasıblara yardımın göstərilməsi məsələlərində erməni və yunan kilsələrinin azadlığını məhdudlaşdırmamağa çağırıb.