Pentaqon ABŞ-ın hərbi bazalarına zərbə endirməklə bağlı KXDR-in hədələrinə ciddi yanaşır. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Corc Littl bildirib
“Biz Şimali Koreyadan gələn təhlükə ilə bağlı narahatıq. Onların etdikləri və dediklərinə çox ciddi yanaşırıq”, - Corc Littl deyib.
SalamNews-un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, daha öncə KXDR raket-artilleriya bölmələrini döyüşə tam hazır vəziyyətə gətirib. Sərəncam strateji-raket və uzaqmənzilli artilleriya bölmələrinə şamil edilir.
Bundan başqa, raket bölmələrinə ABŞ ərazilərinə zərbə endirmək üçün hazır olmaq tapşırılıb.