ABŞ ictimaiyyətinin əksəriyyəti Obamanın müsəlman olduğunu fikirləşir
“ABŞ prezidenti Barak Obama hər gün Tanrıya dua edən bir xristiandır”. "ANSPRESS"in xəbərinə görə, bunu Ağ evin məruzəçisi Bill Burton mətbuata verdiyi açıqlamada deyib. Bu açıqlamaya səbəb isə ABŞ ictimaiyyətində Obamanın müsəlman olmasına inanan insanların çox olmasıdır.
Qeyd edək ki, “Pew” araşdırmalar mərkəzinin keçirdiyi anketə görə, respublikaçıların 3/1 Obamanın müsəlman olduğu qənaətindədir. Heç bir siyasi mənsubiyyəti olmayan insanlar arasında isə belə fikirləşənlərin miqdarı 1 il ərzində 10 faizdən 18 faizə qədər çoxalıb.
Bütün bunlara paralel olaraq Barak Obamanın xristian olduğuna inanan insanların da sayı azalıb. Anketə görə, Obamanın xristian olduğuna inanların sayı 1 ildə 70 faizdən 34 faizə düşüb.
Burton isə bir çox amerikalının gündəlik iqtisadiyyat, İraq və Əfqanıstanda baş verən döyüşlər barədə xəbərləri oxuduğunu, amma ABŞ prezidentinin həqiqətdə hansı dinin mənsubu olması barədə xəbərlərə maraq göstərmədiyini deyib.