ABŞ ordusunda xidmət etmiş, ehtiyatda olan 7 qadın zabit və hazırda hələ də xidmət edən 1 qadın hərbçi, orduda olduğu müddətdə cinsi təcavüzə məruz qaldıqlarına bildiriblər.
Artıq hərbçi qadınlar bununla bağlı məhkəməyə müraciət ediblər. Məhkəməyə təqdim edilən iddia ərizəsində adı çəkilən şəxslər arasında ABŞ ordusunun yüksək rütbəli rəsmilərinin də adlarının olduğu bildirilir.
FaktXeber.com-un verdiyi məluamata görə, təcavüzə məruz qalan qadın zabitlərin vəkili Susan Burke, hüquqlarını müdafiə etdiyi müvəkkilərinin hərbidə olduqları müddətdə digər əsgərlər tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Vəkil Susa Burxa qeyd edib ki, digər hərbçi qadınlar isə İraqda hərbi xidmət keçərkən təcavüzə məruz qalıblar. Eyni halda vəkil qeyd edib ki, hərbçi xanımlar hərbi müddət ərzində digər zabitlər tərəfindən təhqiramiz ifadələrlə təhqir ediliblər.
Müvəkkillərinin məruz qaldıqları təcavüzə görə depressiya və stress keçirdiyini qeyd edən vəkil xanım, “müvəkkilərimin bəziləri hətta intihar etmək həddinə belə çatıblar”-deyə bildirib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Siyintia Smit baş vermiş cinayətlə bağlı açıqlama verməkdən imtina edib.