ABŞ ordusu İraqı 2010-cu ilin avqustunda tərk edəcək

Birləşmiş Ştatların prezidenti Barak Obama belə deyib

Obama İraqın Baş naziri Nuri əl-Maliki ilə görüşündə Amerika əsgərlərinin bu ilin avqustunda İraq ərazisini tərk edəcəklərini bildirib. Görüşdən sonra ABŞ-ın İraq siyasəti ilə bağlı sualları cavablandıran Obama hazırda iki ölkə arasında nəinki təhlükəsizliyin təmini probleminin, eləcə də iqtisadi əməkdaşlıq xüsusunda bir sıra məsələlərin də müzakirə olunduğunu qeyd edib.

Liderlər birg’ keçirdikləri mətbuat konfransında İraqda keçiriləcək seçkilərin planlaşdırılan vaxtda baş tutmasının vacibliyini vurğulayıblar.

İraqın Baş naziri Nuri əl-Maliki isə görüşdə İraqa qarşı tətbiq olunan beynəlxalq sanksiyaların aradan qaldırılmasının vacibliyi məsələsinin də müzakirə olunduğunu qeyd edib.

/islamnews/

/AzeriMuslims/

В этом разделе