ABŞ-ın təqaüddə olan Milli Təhlükəsizlik müşaviri general Ceyms Cons İranın HƏMAS və Hizbullah vasitəsilə İsrailə hücum edəcəyini deyib.
O, İranın nüvə proqramı çərçivəsində məruz qaldığı təzyiqlər qarşısında bu yola əl ata biləcəyini nəzərə çatdırıb. “Tarix rejimlərin təzyiq altında qaldığı dövrlərdə onların dolayı yolla bu çətinilkdən çıxmağa çalışdıqlarının şahidi olub. İran da təzyiq altında qaldığı vaxt İsraili Qəzzadakı HƏMAS və Livandakı Hizbullahın əli ilə vuracaq”,- müşavir deyib.
Bu arada, ABŞ-ın Xarici İşlər naziri H.Klinton İranla aparılan müzakirələrin nəticəsiz qaldığını deyib. “Biz Çin hökumətini də İranın nüvə proqramına qarşı ciddi olmağa çağırırıq. Bu istiqamətdə sözügedən ölkənin dövlət rəsmilərini razı salmağa çalışırıq”,-deyə Klinton bildirib.
/haber5/
/AzeriMuslims/