ABŞ İranı müttəfiq kimi görür?

Hazırda Qərb ölkələri Rusiyanın qaz ixracatı və uzun məsafələrə qaz kəmərlərinin çəkilməsindən nə dərəcə asılı olduğunu görməkdədir.

 Buna görə də, ya qazın ixracat qiymətini aşağı salmaq, ya da Avropa Birliyinin Şərqi Avropadan olan üzvlərinin, o cümlədən Türkiyənin tranzitdən gələn gəlirini saxlamaq məqsədi ilə RF-yə qarşı müxtəlif təzyiq üsullarından istifadə etməkdədir.

Bu mənada Rusiya qaz kəmərlərindən tam bağlılığın yolverilməzliyini dərk edən AB və ABŞ, eyni zamanda Rusiyanın tranzit ölkələrdən asılılığını da qoruyub saxlamaq istəyir. Burada qeyd etmək lazımdır ki, RF-dən fərqli olaraq Qərb şirkətləri əvvəlcədən yataqlara öz maraqlarını təzahür etdirərək, görüləcək işlərdə şərikli olduqlarını bildirirlər. Bundan sonra onlar resurs mənbələrini ələ keçirərək özlərinə uyğun olan kəmər layihələrini irəli sürürlər. Eyni siyasətdən Qərb şirkətləri hələ 1940-1950-ci illərdə İraq və Səudiyyə Ərəbistanından Suriya, Livan və Türkiyə limanlarına ilk neft kəmərləri çəkilərkən də istifadə olunub. Məhz bu siyasət üzərində qurulan indiki “Nabukko” qaz kəməri layihəsi üçün başlıca resursu Orta Asiya, İran və Əfqanıstan qazı təşkil edir. Elə buna görə də, Qərb şirkətləri maksimal surətlə bu bazalara üz tutublar. Ən gözlənilməzi isə budur ki, Artıq ABŞ da açıq şəkildə Avropa qaz bazarında Rusiyaya rəqib olaraq İranı görmək istəyir.

ABŞ prezidentini Sofiyada keçirilən sammitdə xüsusi nümayəndəsi Riçard Morninqstar Amerikanın “Nabukko” layihəsi üzərində dəstəyini təsdiq edərkən ilk dəfə olaraq açıq şəkildə bildirdi ki, bu layihə üçün İran resurs bazası ola bilər. Forumda iştirak edən Türkiyə prezidenti Abdulla Gül isə bildirdi ki, bu layihənin reallaşması üçün lazımi qədər yardım göstəriləcək.

ABŞ prezidentinin xüsusi nümayəndəsi İran ilə bu sahədə əməkdaşlığı azacıq uzaq perspektivdə görür: “Aydındır ki, hazırda İrandan gələn qaz ABŞ və digər dövlətlər üçün müyyən çətinlik törədə bilər. Lakin biz, İranla danışıqlara başlamışıq və onu bu layihəyə cəlb etmək istəyirik. Belə ki, tək əldən səs çıxmaz və ümid edirik ki, İslam respublikasından da müsbət cavab alarıq”.

Bir sıra analitiklərin fikrincə Amerikanın İranın xarici siyasəti və nüvə proqramının ünvanına səsləndirdiyi tənqidlər mahiyyətcə tamam başqa planlarla yüklənib. Birincilikdə duran gizli planlardan biri bu ola bilər ki, ABŞ-ın məqsədi Avropa və eləcə də MDB-nin bir çox ölkələrinin Rusiya qazından asılılığını azaltmaq üçün İranın nəhəng neft və qaz resurslarından istifadə edilməsidir. "Dəyərlər"


В этом разделе