ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayıb

Sanksiyalara səbəb, İranın uranın zənginləşdirilməsi proqramını dayandırmamasıdır

ABŞ İrana qarşı yeni sanksiyalar sənədini hazırlayıb. BBC-nin yaydığı məlumata görə, BMT-də işləyən qərbli diplomat təsdiq edib ki, İrana qarşı yeni və daha geniş sanksiyalar nəzərdə tutan və Amerika tərəfindən tərtib edilmiş sənəd avropalı müttəfiqlərə təqdim olunub. Bu, sanksiyaların dördüncü mərhələsinə dair qətnamə layihəsinin hazırlanmasında ilkin mərhələdir.

Əlavə sanksiyalara İran sərhədləri xaricində hərəkətə qadağa və nüvə proqramı ilə bağlı şəxslərin hesablarının dondurulması daxil ola bilər.

Sanksiyalara səbəb İranın Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymadan uranın zənginləşdirilməsi proqramını dayandırmamasıdır. Lakin İran bu yaxınlarda nüvə yanacağına dair güzəştli təklifi qəbul etməyə hazır olduğunu bildirib. Buna görə də, sanksiyalar prosesi ətrafında qeyri-müəyyənlik yaranıb. /anspress/

В этом разделе