ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın şimal-şərq bölgəsində Əfqanıstanla sərhəd hissəsində yerləşən Şimali Vaziristan bölgəsini bombalayıb
Pilotsuz təyyarənin adı gedən bölgədə yerləşən Miranşah Bazara etdiyi hücum nəticəsində 6 nəfər həlak olub.
Təhlükəsizlik qüvvələrindən olan və adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə əsasən isə, hücum zamanı 6 silahlı qruplaşma üzvü öldürülüb-"deyerler" xəbər verir.
Lakin rəsmlərin bildirdiyinə əsasən, həlak olanların şəxsiyyəti belə tezliklə təyin oluna bilməz.
İndiyə qədər ABŞ pilotsuz təyyarələrinin Pakistanda apardığı hərbi əməliyyatlar zamanı yüzlərlə dinc sakin həlak olub.