FaktXeberin verdiyi məlumata görə, dünyanı “dəyişmə” sözləriylə aldatmağı planlayan Obamanın, “dəyişmə” dedikdə hansı növ yeni bir istismar üsulunu nəzərdə tutduğu getdikcə aydınlaşır
ABŞ-dakı ən böyük İslami yardım təşkilatından olan The Holy Land Foundation for Relief and Development (Müqəddəs Torpaqlara Azadlıq və İnkişaf Fondu) idarəçilərindən 5 adama, Fələstindəki Həmas təşkilatına milyonlarla dollar göndərməsi səbəbiylə 15 ilə 65 il arasında dəyişən həbs cəzası verilib.
Təxminən 6 ay davam edən məhkəmə sonrası, ABŞ-ın terror təşkilatı olaraq qəbul etdiyi Həmasa köməkçi olduqları səbəbiylə Şükrü Əbu Bəkir və Həsən Elaşiyə 65 il, hesablarda saxtaçılıq etdikləri səbəbiylə də Müfid Abdulqadirə 20 il, Məhəmməd Əl Mezain və Abdulrahman Odehə də 15 il həbs cəzası verildi.
Günahsız olduqlarını və insani kömək xaricində bir məqsədləri olmadığını ifadə edən kömək quruluşu səlahiyyətliləri isə, aclıq və yoxsulluq içindəki insanlara köməkçi olmalarından ötəri həbsə məhkum ediləcəklərini heç düşünmədiklərini dilə gətirib.
Jurnalistlərə açıqlama verən şübhəlilərin yaxınları da, sözügedən şəxslərin ehtiyacı olanlara köməkçi olmanın xaricində bir məqsədləri olmadığını, ancaq 11 sentyabr hücumlarından sonra bəzi insanların seçilərək günahlandırıldığını və bunun sanki bir serial halına gəldiyini bildiriblər.
www.faktxeber.com