İran İslam Respublikasının Müdafiə Nazirliyinin Qərargah rəisi bu haqda danışıb.
İran İslam Respublikasının Müdafiə Nazirliyinin Qərargah rəisi bu haqda danışıb.
İslam-Azeri.az internet qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə İran İslam Respublikasının Müdafiə Nazirliyinin Qərargah rəisi General Huseyn Firuzabadi Milli Müdafiə Akademiyasında çıxışı zamanı ABŞ-ın İslam əleyhinə yeni planlarından söz açıb.
Onun sözlərinə görə ABŞ Əfqanıstan, Pakistan, Hindistan və Orta Asiya ölkələrini münaqişə zonasına döndərmək istədiyini və bunların yeni planların bir hissəsi olduğunu deyib.
11 fevral mitinqlərinə də işarə edən General Huseyn Firuzabadi deyib: "Bu mitinqlərlə iranlılar İslam İnqilabının Ali Rəhbərinə olan bağlılıqlarının bir daha güclənməsini sübut etdilər".
"Cundulla" terror şəbəkəsinin lideri Əbdürrəhman Riqinin həbsini İranın güc strukturlarının müdhiş əməliyyatı kimi dəyərləndirən İran İslam Respublikasının Müdafiə Nazirliyinin Qərargah rəisi bu tip terror şəbəkələrinin imperialistlər tərəfindən dəstəkləndiyini deyib.