Bostan salmaqda Mişel Obamaya məktəb şagirdləri kömək edib
ABŞ-ın birinci xanımı Mişel Obama Ağ Evin həyətində bostan əkib. Bu yolla o Amerika prezidentlərindən olmuş Franklin Ruzveltin həyat yoldaşı Elianorun qoyduğu ənənəni davam etdirib. Obamaya bostan bitkiləri əkməyə Ağ Evin yaxınlığında yerləşən məktəbin şagirdləri də kömək ediblər. Burada əkilən tərəvəzlər həm prezident ailəsinin, həm Ağ evin işçilərinin, həm də qonaqlara veriləcək.
Mişel Obama bildirib ki, təzə tərəvəzlər həm çox dadlı, həm də sağlam qidadır. O, həmçinin Ağ Evin yaxınlığında arı pətəkləri salmaq istədiyini də qeyd edib. Lakin onun bu ideyasına qızları dəstək verməyiblər.
Xatırladaq ki, Ağ evin həyətində ilk dəfə bostanı Elianor Ruzvelt 1943-cü ildə salıb. Bu yolla o amerikalılara ağır vaxtlarda insanın öz ailəsinin qida ehtiyacını özünün ödəyə biləcəyini göstərmək istəyirdi. /ANS PRESS/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014