ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyi Senatın komitəsində təsdiq edilib

Metyu Brayza

Azərvbaycandakı ABŞ diplomatik nümayəndəliyinin rəhbəri postu bir ildən artıq müddətdə boş idi

Çərşənbə axşamı ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ATƏT MQ-nun keçmiş həmsədri, ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya üzrə keçmiş müavini Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Bu barədə "Trend" Azadlıq radiosunun saytına istinadən məlumat verib.

Səsvermədə 17 senator lehinə, 2 nəfər isə əleyhinə səs verib. Brayzanın namizədliyi ABŞ Senatı tərəfindən də təsdiq edilməlidir.

Bundan əvvəl ABŞ koknqresmenləri Solomon Ortiz (Solomon Ortiz,',0), Maykl Mak-Maxon (Michael McMahon,',0), Mixail Konavey (Michael Conaway,',0), Bill Şuster (Bill Shuster,',0), Syu Mirik (Sue Myrick,',0), Şelli Mur Kapito (Shelley Moore Capito) Konqresə məktub göndərərək Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri postuna namizədliyini dəstəkləmişdilər.

Konqresmenlər məktublarında ABŞ-ın Bakıda səfirinin təyin olunması plrosesinin sürətləndirilməsini xahiş etmiş və mayın 25-də Barak Obamanın bu vəzifəyə Brayzanın namizədliyini irəli sürməsindən məmnunluqlarını ifadə etmişdilər.

В этом разделе