ABŞ-dan İrana: "Artıq vaxtdır"

ABŞ Dövlət katibi Con Kerri İrana xəbərdarlıq edib ki, artıq danışıqlara getmək vaxtıdır

O bu gün Türkiyəyə səfəri zamanı İranın nüvə proqramı ilə bağlı danışıqların “sonsuz prosses” olmadığını bildirib və qeyd edib ki, əgər İran məsələnin diplomatik yolla həllindən imtina etsə ABŞ hərbi akta hazırdır.

Qeyd edək ki, İranla 6 dünya ölkəsi arasında  Alma-Atıda aparılan danışıqların növbəti mərhələsi heç bir nəticə verməyib.

İran nümayəndə heyətinin rəhbəri Saeed Jalili görüşdən sonra mətbuat konfransında bir daha ölkəsinin uran zənginləşdirməyə haqqı olduğunu deyib.

İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin iştirak edir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir

В этом разделе