ABŞ Çin şirkətlərini sanksiyaların pozulmasında ittiham edir.

Bu yay sanksiyalar təsdiq olunarkən Amerika ilə Avropa İttifaqı ehtiyat edirdilər ki, İran bazarında əmələ gələcək boşluğu Çin şirkətləri doldura bilər.

İddia edilir ki, İranla əlaqələr quran Çin şirkətlərinin fəaliyyəti BMT qətnamələrinə zidd olaraq, nüvə texnologiyalarının inkişafına xidmət edir.

Washinqtondan Kim Gattas-ın göndərdiyi reportajında deyilir ki, Pekin nümayəndəsinə sanksiyaları pozan şirkətlərin siyahısı verilib.

Sanksiyaların pozulması ilə bağlı narahatlıq Çinə dövlət departamentinin rəsmisi Robert Einhorn vasitəsi ilə bildirilib.

O, İran və Şimali Koreyaya qarşı sanksiyaların icrasına nəzarət edən rəsmidir. Ötən ay baş vermiş olayla bağlı məlumat ilk dəfə Washington Post qəzetində dərc edilib.


Gizli kömək


ABŞ İranın nüvə və raket texnologiyalarının inkişafına kömək edən şirkətlərə qarşı tələb edilən addımlar atılacağını umur.

İran lideri ölkəsinin hərbi proqrama malik olması barədə ittihamları rədd edir

Amerika rəsmisinə istinadən Pekin beynəlxalq öhdəliklərinə sadiq olduğunu bildirib.

Çin İrana qarşı sanksiyalara əməl ediləcəyini təsdiq edib.

Belə hesab olunur ki, Pekin İranla əlaqələr quran şirkətlərin fəaliyyətini dəstəkləmir.

Çin bu qəbildən olan xəbərlərin araşdırılacağını bildirib.

Bu yay sanksiyalar təsdiq olunarkən Amerika ilə Avropa İttifaqı ehtiyat edirdilər ki, İran bazarında əmələ gələcək boşluğu Çin şirkətləri doldura bilər.


В этом разделе