Mə’lum olduğu kimi, Mühəmməd ibn Əbdülvəhhab hicrətin 12-ci yüzilliyində Nəcdin uzaq səhrasında, çöllüklərdə yaşayan sərt camaat arasında və müsəlmanlıq adət-ən’ənəsindən uzaq bir mühitdə dünyaya gəlmişdir. O da İbn Teymiyyə kimi Hənbəli məzhəbinin ardıcılı və “Həşv” əhli idi. İbn Teymiyyənin və onun şagirdləri İbn Təyyim Cövziyyənin, İbn Əbdülhadinin əqidə tə’limlərini öyrənmiş, bu yolda onları da ötüb keçmişdi. Belə ki, hətta bütün müsəlmanları kafir adlandırmış, müsəlman şəhər və ölkələri, o zaman vəhabilərin əlində olmayan Məkkə və Mədinəni “Darul-hərb” və “Darul-küfr” e’lan etmişdi. O, müqəddəs şəhərlərin işğalını və bütün islami dəyərlərin dağıdılmasını öz ardıcıllarına vacib sayırdı.
В этом разделе
- Şiə mənbələrində Hişam, Zürarə və Əbu Bəsir barədə gələn ziddiyətli rəvayətlərin araşdırılması18 Декабря, 2024
- ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD - Əla Həssun8 Октября, 2024
- SƏLƏFİ DƏLİLLƏRİNƏ DAİR ARAŞDIRMA | Şiəliyi qəbul etmiş keçmiş əhli-sünnə alimi Mərvan Xəlifat16 Августа, 2024
- İmam Əli (ə) Fədəyi niyə geri qaytarmadı?8 Июня, 2024
- QURANİ-KƏRİM VƏ ŞİƏLƏR5 Мая, 2024