İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü - Yəhya Əbdülmuhsin Duxi

Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, mübaliğə etmiş olmarıq. Bu sülh əməvi xəttinin törətdiyi hadisələrə qarşı müsəlmanların zehinlərində fəhm və idrak baxımından yeni mərhələnin yaranmasını formalaşdırdı. İmam Həsən (əleyhissalam) bağladığı sülhün sayəsində Peyğəmbərin uğrunda qiymətli qurbanlar verdiyi dinin təhrif olunmasına və ali dəyərlərin aradan getməsinə səbəb olacaq fırtınaların qarşısını aldı.

Bu tarixi hadisənin böyük əhəmiyyətinə baxmayaraq, təəssüflər olsun ki, tarixçilər insaf və obyektivliklə bu hadisəni izah etməmişlər. Bu hadisə bəzən yarımçıq, bəzən isə tərsinə  təsvir edilmişdi. Nəticədə bu tarixi hadisə detalları ilə aydın olmamış, həqiqəti tam ehtiva etmədən, qarışıq formada təsvir edilmişdir.

Belə bir halda bu sülhün mahiyyəti və ona bağlı baş vermiş hadisələr barəsində müəyyən şübhələrin yaradılması olduqca təbiidir. Məhz bu səbəbdən həmin sülhün səbəblərini, nəticələrini və faydalarını araşdırmaq, o cümlədən onun ətrafında yaradılmış bəzi şübhələri dəf etmək üçün bu kitab ərsəyə gəlmişdi. Baş vermiş hadisələrin elmi araşdırılması üçün tədqiqatçı, ustad Yəhya Əbdulmuhsin Duxi əlini “yaranın” üzərinə qoymuşdur. Kitabda bəzi tarixi mətnləri, rəvayətləri toplamış, həqiqəti öz yerinə qoymaq üçün onları müfəssəl təhlil etmişdir.

Метки: imamətmuaviyə
Файл
Детали
  • Просмотров
  • 3936
  • Загрузок
  • 783
  • Тип файла
  • Document Adobe
  • Размер файла
  • 1.25 Mb
Рейтинг

В этом разделе