»»

Sələfi alimi Şeyx İsa b. Salihdən zina haqqında fətva

Sələfilərin müasir alimlərindən olan "Twitter ulduzu" Şeyx İsa bin Salihdən soruşublar:

Bir sünni məzhəbli şəxs zina və ya müvəqqəti evlənmək arasında seçim etməli olsa, hansı daha yaxşıdır?

Cavab:

"Daha yaxşı olar ki, məxfi şəkildə zina etsin və sonra günahının kəffarəsini versin. Amma müvəqqəti evlənmək şər`i, əqli, əqidə baxımından haramdır."

 

Necə deyərlər, bu şeyxin əqidəsinə görə müvəqqəti evliliyin günahi hətta kəffarə ilə də paklanmaz, lakin zina isə kəffarə ilə paklanır.

 

حدثنا عَمْرُو بن عَوْنٍ حدثنا خَالِدٌ عن إِسْمَاعِيلَ عن قَيْسٍ عن عبد اللَّهِ رضي الله عنه قال كنا نَغْزُو مع النبي صلى الله عليه وسلم وَلَيْسَ مَعَنَا نِسَاءٌ فَقُلْنَا ألا نَخْتَصِي فَنَهَانَا عن ذلك فَرَخَّصَ لنا بَعْدَ ذلك أَنْ نَتَزَوَّجَ الْمَرْأَةَ بِالثَّوْبِ ثُمَّ قَرَأَ يا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحَرِّمُوا طَيِّبَاتِ ما أَحَلَّ الله لَكُمْ

Amr b. Aun bizə rəvayət etdi, Xalid bizə İsmayıldan, o da Qeysdən, o da Abdullah (b. Məsuddan) (r.a) rəvayət etdi ki, dedi: "Biz Allah Rəsulu (s) ilə birlikdə döyüşdə idik. Yanımızda qadınlarımız yox idi. Biz dedik: "Özümüzü axtalayaqmı?" (Allah Rəsulu (s)) bizi bu işdən nəhy etdi və bizə bir paltar müqabilində (müvəqqəti) evlənməyə icazə verdi. Sonra (Abdullah b. Məsud) bu ayəni tilavət etdi: "Ey iman gətirənlər, Allahın sizə halal etdiyi nemətləri özünüzə haram etməyin." (Maidə, 87)

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih əl-Muxtəsər, Təfsir kitabı, Maidə surəsinin təfsiri, c.4, s.1687, №4339; Dar İbn Kəsir, Beyrut, 1414/1993

Mənbə: sibtayn.com saytının materialları əsasında hazırlanmışdır.

Рейтинг

В этом разделе