
“Qarşıdan Məhərrəm ayı gəlir. Məscidlərdə insanların kütləvi şəkildə toplaşması virusun yoluxma riskini artıra bilər deyə, belə qəbul olunub ki, məscidlərin açılma məsələsi təxirə salınsın”.
Ermənistanın Suriyadan qaçan erməni ailələrinin bir hissəsini Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirdiyi məlumdur. Əslində Suriyadakı müharibənin alovları ermənilərin sıx yaşadıqları şəhər və qəsəbələri bürüyəndə dünya erməni mafiyası bunu Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırmanı genişləndirmək üçün füsrət kimi görürdülər və planlaşdırılırdı ki, on minlərlə erməni bu ərazilərdə məskunlaşdırılsın.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ölkənin digər bölgələrində məskunlaşan məcburi köçkünlərə yardım qaydaları dəyişəcək. 313news fins.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.
Kanal internet-televiziya kimi yenidən yayıma başlayacaq. Verilən məlumatda bildirilir ki, artıq kanal rəhbərliyi hüquqi sənədlərin hazırlığı ilə məşğuldur. Tezliklə ANS-in tamaşaçıları yenidən sevimli kanallarına qovuşacaqlar. Kanalın əvvəlki kimi əsasən xəbərçiliklə məşğul olacağı söylənilir. Bu barədə artıq köhnə kollektiv də məlumatlıdır.