2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək ölkədə baş almış korrupsiyanı, məmur özbaşınalığını, məktəblərdə hicaba qadağa qoyulmasını, dövlətin antiislam hərəkətlərini, pozğunluğun yayılmasını və yəhudilərin Azərbaycanın başına nələr gətirmək istəmələrini kəskin pisləyib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.