Xırdalanda Mübarəkin heykəli götürüldü

 

Misir diktatoru Hüsnü Mübarəkin Xırdalan şəhərindəki heykəli götürülüb.


 

 

İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbiri bununla bağlı Xırdalanın "Qolubiyyə" parkına gedib.

 

Parkda Mübarəkin yerinə Qədim Misirə uyğun cavan yaşlı Fironu xatırladan heykəlinin qoyulduğunun şahidi olub.

 

Mühafizə xidmətinin bildirdiyinə görə, heykəl gecə saatlarında götürülüb.

 

Hazırda parkın 4 bir yanı kəndirlə bağlanıb, parkda istirahət etməyə də imkan verilmir.

 

İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin diqqətini yaşda çox qoca olan bir kişi çəkib.

 

O bildirib ki, fotoşəkil çəkməyə icazə yoxdur. Lakin sonradan mühafizə xidməti bir neçə foto çəkməyə imkan verib.

 

Qeyd edək ki, ilkin ehtimallara görə, Misirin yeni hökümətinin xahişi ilə Azərbaycan bu heykəli götürüb.


 

В этом разделе