Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan iyulun 27-də Azərbaycana səfərə gələcək.
APA-nın Türkiyə baş nazirinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və heyətlərarası görüşü planlaşdırılır.
«İyun ayının 12-də keçirilən seçkilərdən sonra baş nazir Ərdoğan ikinci xarici səfərini qardaşlıq və dostluq əlaqələrinə sahib olduğumuz Azərbaycana gerçəkləşdirir», - deyə məlumatda bildirilib.
Görüşmələrdə Türkiyə və Azərbaycan arasında ikitərəfli əlaqələrin gündəmində yer alan məsələlərlə yanaşı hər iki ölkənin ortaq maraqlarına uyğun olan regional və beynəlxalq vəziyyət dəyərləndiriləcək.